AZ

Fransa müxalifəti Bayru hökumətinə etimadsızlıq qətnaməsinin qəbuluna nail olmaq niyyətindədir

Fransanın sol müxalifəti parlamentdə Fransua Bayru hökumətinə etimadsızlıq barədə qətnamənin qəbuluna nail olmaq niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hazırkı hökumət sələflərinin siyasi kursunu davam etdirməkdə ittiham olunur.

Qeyd edək ki, daha əvvəl yanvarın 16-da Bayru hökumətinə qarşı etimadsızlıq səsverməsi keçiriləcəyi iddia edilmişdi.

Xatırladaq ki, F.Bayru ötən ilin dekabrında ölkənin yeni baş naziri təyin olunub.

Seçilən
5
1
far.az

2Mənbələr