Ermənistan İŞİD-lə mübarizə üçün ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulacaq.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Ermənistan İŞİD-i məğlub etmək üçün yaradılmış koalisiyaya qoşulmağa hazırlaşır. Terrorla mübarizədə birgə fəaliyyətin vacib olacağına inanırıq”, - nazir qeyd edib.