AZ

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam məhkəmədəki vəzifəsini tərk edir.

KONKRET.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“Beynəlxalq Ədalət Məhkəməsinin (BMT) sədri, hakim Navaf Salam bu gündən, 14 yanvar 2025-ci il tarixindən etibarən istefa verib”, – məlumatda deyilir.

Bildirilir ki, onun BMT məhkəməsinin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.

Qeyd edək ki, Livan Prezidenti Cozef Aun ötən gün Navaf Salamı ölkənin Baş naziri təyin edib və yeni hökuməti formalaşdırmağı ona həvalə edib.//Qafqazinfo

Seçilən
1
5
konkret.az

4Mənbələr