Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra Kiyev üçün ən əlverişli şərtlərlə Ukrayna münaqişəsinin həllinə nail olmağa çalışacaq.
Turkustan.az xəbər verir ki, bu barədə gələcək dövlət başçısı tərəfindən irəli sürülən ABŞ müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset bildirib.
Siyasətçi yanvarın 14-də ABŞ Konqresinin yuxarı palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə iştirak edib. Tədbirdə ondan Amerikanın yeni administrasiyasının “Ukraynadan əl çəkib getməyəcəyi” soruşulub.
“Bu, prezident səviyyəsində siyasi qərardır. O (Tramp) tamamilə açıq şəkildə bildirdi ki, biz bu münaqişənin sonunu görmək istərdik”, - Heqset qeyd edib.
Pentaqonun rəhbəri vəzifəsinə namizədin deyib ki, Trampın komandası Kiyev və Moskva qarşıdurmasında kimin “təcavüzkar” və “yaxşı oğlan” olduğunu yaxşı başa düşür.
“Biz bunun ukraynalılar üçün mümkün qədər faydalı olmasını istərdik”, - o əlavə edib.
Eyni zamanda, siyasətçi açıq şəkildə bildirib ki, hərbi əməliyyatlara son qoyulması əsas prioritet olaraq qalır. /publika.az/