AZ

Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi

Ankaranın Hacı Bayram Vəli Universitetində beynəlxalq münasibətlər üzrə təhsil alan azərbaycanlı tələbə Vüsal Həsənzadənin yazdığı kitab Türkiyədə dərc olunub.

Bu barədə Kult.az-a türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib.

Ağarın sözlərinə görə, kitabda türk dövlətləri arasında siyasi, iqtisadi, hərbi və təhlükəsizlik məsələləri ətraflı şəkildə araşdırılıb:

“Türk Dünyası İnteqrasiyası - Soyuq müharibədən sonra Türkiyə-Türk Respublikaları Münasibətlərinin İnteqrasiya Nəzəriyyələri Çərçivəsində Dəyərləndirilməsi" adlı kitabda SSRİ-nin çöküşündən bu günə qədər olan müddətdə türk dünyasının inteqrasiya prosesi araşdırılıb.

Türkiyə ilə türk respublikaları arasındakı əlaqələr, o cümlədən türk dünyasındakı TDT, TÜRKSOY, TÜRKPA və TWESCO kimi qurumların önəminin incələndiyi bu əsərdə Soyuq müharibədən dövrümüzə qədərki müddətdə geopolitik məsələlərə də toxunulub, ABŞ, Rusiya və Çin kimi aktorların dünya siyasətləri təhlil edilib. Sonda türk dövlətləri arasındakı inteqrasiyanın daha da artırılması üçün fikirlər də irəli sürülüb”.

Ağar bildirib ki, kitabın dərc edildiyi "Nobel Bilimsəl Əsərlər" yayım evi Türkiyənin ən prestijli nəşriyyatlarındandır.

Seçilən
4
axar.az

1Mənbələr