Bakı. Trend:
Bayden administrasiyası Kubanı terrorizmə sponsorluq edəndövlətlər siyahısından çıxarmağı nəzərdən keçirir.
Trend xəbər verirki, bu barədə Amerika administrasiyasının nümayəndələrinə istinadənAssociated Press məlumat yayıb.
Onların məlumatına görə, Amerika hakimiyyəti yanvarın 14-dəmüvafiq açıqlama verə bilər.
Eyni zamanda, agentlik qeyd edir ki, Kuba ABŞ-ın yeni seçilmişprezidenti Donald Trampın andiçmə mərasimindən sonra gələn həftəyuxarıda qeyd olunan siyahıya qayıda bilər, çünki ABŞ dövlət katibivəzifəsinə namizəd Marko Rubio ada dövlətinə qarşı məhdudlaşdırıcıtədbirlərin qızğın tərəfdarıdır.