AZ

BYD Yaponiyada "Toyota"nı üstələyir

BYD Yaponiyada "Toyota"dan daha çox elektrik avtomobil satıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, çinlilər öz bazarlarında yaponları geridə qoymağı bacarıblar: 2024-cü ildə BYD orada 2223 elektrik avtomobili, "Toyota" isə 2038 ədəd elektrik avtomobili satıb.
BYD-yə tələbat 54 faiz artıb, “yaşıl” Toyota isə bir il ərzində müştərilərinin 30 faizini itirib. Bununla belə, heç bir marka Yaponiyanın elektromobil bazarında lider deyil.

Leaf hələ də Yaponiyada elektrik avtomobil bazarında liderlik edir. Bu, 2024-cü ildə bütün satışların təxminən yarısını təşkil edib, lakin tələbat 44 faiz azalaraq 30,749 ədədə düşüb. Bu, 2021-ci ildən bəri elektrik hetçbek üçün ən pis nəticədir. Yaponiyada elektrik avtomobillərinin ümumi satışları son dörd ildə ilk dəfə üçdə bir azalıb: bir il ərzində 59 736 ədəd satılıb.

Seçilən
2
ucnoqta.az

1Mənbələr