AZ

İrandan ölkəmizə göndərilən qidalar barədə XƏBƏRDARLIQ - VİDEO

"İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çünki bu məhsullar digərləri ilə müqayisədə daha ucuz təqdim olunur".

Paralel.az xəbər verir k, bunu Baku TV-də yayımlanan "Baku Aktual" verilişində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.

"İrandan gətirilən məhsullarda GMO aşkar olunub. Qeyd edim ki, qanunvericiliyə görə, GMO-nun əkilməsi, becərilməsi, satılması qadağandır. Ancaq edilən dəyişikliklərə əsasən, heyvan yemlərində bəzi hallarda icazə verilir. Məhsulların tərkibinə mütləq baxmaq lazımdır. Çünki əksəriyyətində soya lesitini var. Dünyada GMO-lu məhsullar sırasında soya bitkisi birinci yeri tutur. Bu səbəbdən nəinki İrandan, fərqli ölkələrdən gətirilən məhsulların tərkibində də soya lesitini var", - deyə o əlavə edib.

Ətraflı süjetdə:

Seçilən
2
15
paralel.az

10Mənbələr