“Ankaragücü” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandadan ayrılacağı ilə bağlı xəbəri təkzib edib.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu paytaxt təmsilçisindəki çıxışını davam etdirəcək.
Bildirilir ki, Dadaşovun I Liqa komandası ilə 2026-cı ilin sonunadək müqaviləsi var və oyunçu kollektivlə qalacaq. Onun mövsümün sonunda da “Ankaragücü”nü tərk etməsi gözlənilmir.
Renat Dadaşov bu mövsüm “Ankaragücü”nün heyətində 13 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.