ABŞ-ın vəzifəsini tərk etməyə hazırlaşan müdafiə naziri Lloyd Ostin 2026-cı ildə ABŞ-ın hərbi xərclərini təxminən 50 milyard dollar artırmağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Ostin Tramp administrasiyasını hərbi büdcəni 2026-cı ildə 926,5 milyard, 2027-ci ildə 972,8 milyard, 2028-ci ildə isə 1 trilyon dollara qaldırmağa səsləyib:
“Strateji ehtiyaclarımızı ödəmək üçün 2026-30-cu illərdə müdafiə sahəsinə hərbi sərmayələrimizi artırmaq lazımdır”.