AZ

KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyası tərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərt avtomobil tullantıları standartlarını geri götürmək prosesinə başlamaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp qurumlara federal torpaqlarda və sahil zonalarında qazma işlərinə qoyulan qadağalara yenidən baxmağı, həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrin təsdiqinə qoyulmuş moratoriumun ləğvini tapşıracaq.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.
Seçilən
8
5
oxu.az

7Mənbələr