AZ

Qabriel Jezus ciddi zədə səbəbindən mövsümü erkən başa vurub

Bakı. Trend:

Braziliyalı forvard Qabriel Jezus uzun müddətə sıradançıxıb.

Trend xəbər verirki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçunun xaçvari diz bağlarının qırıldığıbildirilib. Jezusun qarşıdakı günlərdə cərrahiyə əməliyyatıkeçirəcəyi və 2024/2025 mövsümünün sonuna qədər meydana çıxabilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Qabriel İngiltərə kubokunda "Mançester Yunayted"əqarşı keçirilən oyunda zədələnib. O, bu mövsüm ərzində 27 oyundaiştirak edib və 7 qol vurub.

Seçilən
15
az.trend.az

1Mənbələr