AZ

Donald Tramp enerji siyasətində məhdudiyyətləri ləğv etməyi planlaşdırır

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, vəzifəsininicrasına başlayacağı ilk günlərdə Co Bayden administrasiyasıtərəfindən neft və qaz hasilatına qoyulan məhdudiyyətləri və sərtavtomobil tullantıları standartlarını geri götürmək prosesinəbaşlamağı planlaşdırır.

Trend xəbər verirki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp federal torpaqlarda və sahil zonalarındaqazma işlərinə qoyulan qadağaların yenidən nəzərdən keçirilməsi,həmçinin mayeləşdirilmiş təbii qazın ixracı üzrə yeni layihələrəqoyulmuş moratoriumun ləğvi ilə bağlı müvafiq qurumlara göstərişverəcək. Trampın keçid komandasına yaxın mənbə bu tədbirlərinABŞ-ın enerji müstəqilliyini və iş yerlərini bərpa etməyə köməkedəcəyini bildirib.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-dəkeçiriləcək.

Seçilən
14
az.trend.az

1Mənbələr