AZ

Suriyanın yeni XİN başçısı Türkiyəyə GEDƏCƏK

Suriyanın yeni təyin edilmiş xarici işlər naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd edilib ki, o, yüksək səviyyəli nümayəndə heyəti iləsəfər edəcək.

Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri ilə görüşəcəyi nəzərdə tutulur.

Bizim.Media

Seçilən
22
13
bizim.media

10Mənbələr