Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Prezidenti Yun Sok Yolin iqamətgahında həbs edilməsi üçün aparılan əməliyyata prezidentin mühafizə xidməti yenidən mane olub.
İqamətgah qarşısında toplaşan 6,5 minə yaxın prezident tərəfdarı polis qüvvələrinin təhlükəsizlik tədbirlərini artırmasına səbəb olub.
Musavat.com agentliyə istinadən xəbər verir ki, gərginlik davam edir və hadisə ictimaiyyətin diqqət mərkəzindədir. Təhlükəsizlik orqanları nizam-intizamı qorumaq üçün əlavə tədbirlər görür. Məsələnin necə həll olunacağı hələ ki məlum deyil.
Musavat.com