AZ

Onlar da Qəzza danışıqlarında iştirak etmək üçün Dohaya gedəcək

Fələstinin “İslami Cihad” hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs danışıqlarında iştirak etmək üçün bu gün Qətərin paytaxtına gedəcəklər.

Azreform.info ” xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.

“Bu axşam “İslami Cihad”ın yüksək səviyyəli nümayəndə heyəti atəşkəs sazişinin son detallarını müzakirə etmək üçün Dohaya gələcək”, – sənəddə deyilir. Nümayəndə heyətinin tərkibi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, hazırda Dohada Qəzza üzrə növbəti danışıqlar raundu keçirilir. Qətər XİN-in nümayəndəsi və “İslami Cihad”ın müttəfiqi olan HƏMAS hərəkatı, demək olar, eyni vaxtda məsləhətləşmələrin yekun mərhələyə çatdığını açıqlayıblar.

Dohadakı hazırkı raundun başa çatmasından sonra danışıqçılar Qahirədə bir neçə görüş keçirəcəklər.

Seçilən
3
9
azreform.info

10Mənbələr