AZ

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir - Bloomberg

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 16-cı paketiçərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazından (LNG)mərhələli şəkildə imtina etməyi və Rusiyadan alüminium idxalınaqadağa qoymağı nəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumatyayıb.

Mənbələrin bildirdiyinə görə, alüminium tədarükünə qoyulacaqməhdudiyyətlərin müddəti və miqyası hələlik müəyyən edilməyib. Eynizamanda, Rusiyadan LNG-nin mərhələli şəkildə çıxarılmasının hansıformatda elan ediləcəyi dəqiqləşdirilməyib. Bu tədbirlər AvropaKomissiyasının gələn ay təqdim etməyi planlaşdırdığı ya sanksiyalarpaketi, ya da yol xəritəsinin bir hissəsi kimi təqdim ediləbilər.

Yeni paket çərçivəsində Aİ, həmçinin Rusiya gəmilərinə qarşıəlavə sanksiyalar tətbiq etməyi və bəzi Rusiya banklarını SWIFTsistemindən ayırmağı nəzərdə tutur. Çin və BƏƏ kimi üçüncüölkələrdəki bəzi şirkətlər də bu məhdudiyyətlərə daxil ediləbilər.

Seçilən
11
az.trend.az

1Mənbələr