AZ

Amerika jurnalı Vaşinqtonu Moskva-Kiyev danışıqlarını pozmaqda ittiham edib

Vaşinqton Moskva ilə Kiyev arasında danışıqların pozulmasına görə məsuliyyət daşıyır...

Poliqon xəbər verir ki, bu barədə American Conservative jurnalı yazıb.

Nəşr qeyd edir ki, ABŞ öz xarici siyasət prioritetlərini həyata keçirərək müharibədə israr etməyə davam etdi. ABŞ və onun Qərb tərəfdaşları danışıqların baş tutmasına mane oldular.

Jurnal Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zamanı əldə etdiyi uğurlara da diqqət çəkib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünən bildirib ki, andiçmə mərasimindən sonra Rusiya lideri Vladimir Putinlə görüşü çox tez zamanda təşkil etməyi planlaşdırır. O əlavə edib ki, onun Ukraynadakı strategiyası çox dərəcədə Putindən asılıdır.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr