Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Qazaxıstanın bu ölkəyə yeni təyin olunmuş səfiri Almurat Turqanbekovla görüşüb.
“Report” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat
“Əziz qardaşım, Qazaxıstanın səfiri Zati-aliləri Almurat Turqanbekovu salamlamaqdan məmnunluq və şərəf duydum. Sizə Meksikada fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətinizdə uğurlar diləyirik”, – səfir qeyd edib və həmkarı ilə fotosunu əlavə edib.
Qeyd edək ki, Turqanbekov ötən ilin noyabrından Meksika Birləşmiş Ştatlarında səfirdir.
Xatırladaq ki, ötən ay Azərbaycanın Kolumbiyadakı qeyri-rezident səfiri Talıbov bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortislə mədəniyyət, təhsil və konsulluq sahələrinində əməkdaşlığı potensial müzakirə etmişdi.