AZ

Dünyanın ən zəngin üç adamı Trampın andiçmə mərasimində iştirak edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimində üç amerikalı milyarder qonaq olacaq: SpaceX və Tesla-nın baş direktoru İlon Mask, Amazon-un qurucusu Ceff Bezos və Meta şirkətinin rəhbəri Mark Zukerberq...

Poliqon xəbər verir ki, bu barədə NBC News xəbər verib.

"Onlara mərasimdə görkəmli yer veriləcək, digər nüfuzlu şəxslər, o cümlədən Trampın Nazirlər Kabinetinin namizədləri və seçilmiş rəsmilər ilə bir platformada əyləşəcəklər", kanal qeyd edir.

Siyahıda sadalanan sahibkarlar dünyanın ən varlı adamları sırasındadır: Musk birinci, Bezos ikinci, Zukerberq isə üçüncüdür.

Poliqon.info

Seçilən
15
1
poliqon.info

2Mənbələr