Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Kaliforniyadakütləvi meşə yanğınlarından zərər çəkmiş bölgələrə səfər etməyiplanlaşdırır.
Trend xəbər verirki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonjurnalistlərə açıqlama verib.
"Mən prezident Trampla təxminən 90 dəqiqə əvvəl danışdım. O,fəlakətin təsirlərini şəxsən qiymətləndirmək üçün CənubiKaliforniyaya səfər etməyi düşünür," - deyə Conson bildirib.
Xatırladaq ki, yanvarın 7-də Los-Anceles qraflığında başlayanmeşə yanğınları quru və küləkli hava şəraitinin təsiri ilə sürətləyayılmağa başlayıb. Meteoroloqlar, hazırkı hava şəraitinin yanğınlamübarizəni çətinləşdirdiyini bildirirlər.