AZ

Daha bir HƏBS CƏHDİ: polis Cənubi Koreya prezidentinin iqamətgahının ərazisinə daxil oldu

Cənubi Koreyanın paytaxtı Seulda dövlət antikorrupsiya agentliyinin müstəntiqləri və polis dövlət başçısı Yun Seok Yeolun iqamətgahının ərazisinə nərdivanlardan istifadə edərək daxil ola bilib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Gələn polis məmurları əsas kordonu yarmaq üçün nərdivanlardan istifadə edib, o cümlədən evin qabağını bağlayan təhlükəsizlik səddini aşıb, sonra isə evin girişinə tərəf yönəliblər”, - agentlik bildirib.

Müstəntiqlər Cənubi Koreya Prezidentini həbs etmək üçün ilk cəhdini yanvarın 3-də ediblər. Bunun fonunda dövlət başçısını həbs etməyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hərbçilər arasında toqquşma baş verib. Həmin gün təhlükəsizlik məqsədilə həbs qərarının icrasının dayandırılması qərara alınıb.

Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yoon Seok-Yeolun həbsinə order verdiyi bildirilir. Yoon Seok Yeol hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, bir prezidentə qarşı həbs qərarı verilib.

Seçilən
16
publika.az

1Mənbələr