Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 35 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
“Qəza saat 19:00 radələrində (Bakı vaxtı ilə 20:00 – red.) [rayonun] Kayalıoğlu məhəlləsində meydana gəlib”, – agentliyin məlumatında qeyd olunub.
Bildirilib ki, yol-nəqliyyat hadisəsində yaralanmış 35 nəfərin arasında hər iki sürücü də var. Yaralılar həkimlərin ilkin müdaxiləsindən sonra yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Faktla bağlı araşdırma aparılır.