AZ

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, - agentlik bildirib.

Xatırladaq ki, ötən il dekabrın 31-də Cənubi Koreya məhkəməsi Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsinin tələbi ilə prezidentin həbsinə order vermişdi. Yanvarın əvvəli isə Yun Sok Yolun iqamətgahı önündə birgə istintaq qrupunun nümayəndələri ilə prezidentin mühafizə qüvvələri arasında qarşıdurma yaşanıb.

Belə ki, istintaq qrupu impiçmentlə səlahiyyətlərinin icrasından müvəqqəti uzaqlaşdırılan Yun Sok Yolu qiyam işi üzrə həbs etmək üçün iqamətgahına yaxınlaşdıqda dövlət başçısını mühafizə edən hərbçilər onların qarşısını kəsib. İstintaq qrupunun nümayəndələri yanvarın 3-də ərazini tərk ediblər.

Seçilən
14
5
qafqazinfo.az

6Mənbələr