Cənubi Koreya Prezidenti Yun Sok Yol həbs olunub.
Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının olduğu güman edilən avtomobillərdən birinin daxil olduğu karvan iqamətgah ərazisini tərk edərək Yüksək Vəzifəli Şəxslərin Korrupsiyasının Araşdırılması İdarəsinə (CIO) doğru hərəkət edir.
“İdarə Yun Sok Yolu qiyama rəhbərlik etməkdə ittiham edərək həbs edib”, – agentlik yazıb.