AZ

Argentina polisi terror aktı hazırlamaqda şübhəli şəxsi saxladı

Bakı. Trend:

Argentina polisi “İslam Dövləti” (İŞİD) terror qruplaşması iləəlaqədə olmaqda və terror aktı hazırlamaqda şübhəli bilinən şəxsihəbs edib.

Trend xəbər verirki, bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriçməlumat yayıb.

Nazirin sözlərinə görə, bu əməliyyat ölkədə İŞİD terrorçusunaqarşı milli polis tərəfindən həyata keçirilən ilk uğurluəməliyyatdır. Bullriç X sosial şəbəkəsində bildirib: "Bir İŞİDterrorçusu, qrupa sızan bir agent vasitəsilə həyata keçirilənəməliyyatda saxlanılıb. Agent terrorçunu müəyyən edib və hücumutörətməzdən əvvəl təhlükəni aradan qaldırıb."

Bullriç tərəfindən yayımlanan videoda saxlanılan şəxs, DavidNasareno Avilanın mesajları əks olunub. Bu mesajlarda o, Argentinahökumətini “sionist” adlandırır və terror aktı törətmə niyyətinietiraf edir.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanları saxlanılanşəxsin terror qruplaşması ilə əlaqəsini təsdiq edib. Hazırdaistintaq davam edir.

Seçilən
7
az.trend.az

1Mənbələr