AZ

Rusiyalı məmur Tailandda ölü tapıldı: Fahişə tərəfindən öldürüldüyü ehtimal edilir

Rusiyanın Vladivostok şəhər administrasiyasının əməkdaşı Tailandın Pattaya şəhərində məzuniyyətdə olarkən ölüb.

İlkin məlumata görə, o, tailandlı fahişə tərəfindən öldürülüb və qarət edilib.

Bu barədə hakimiyyet.az "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, bələdiyyə nəqliyyat idarəsi rəhbərinin müavini, 42 yaşlı Konstantin K. dekabrın 29-da Pattayaya gəlib. Dekabrın 30-da isə artıq telefonu açmağı və mesajlara cavab verməyi dayandırıb. İki həftə ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Yanvarın 11-də isə Konstantin administrasiyadakı işinə qayıtmalı idi. Həmkarları həyəcan təbili çalıblar. Yaxınları bildiriblər sonuncu dəfə o, dekabrın 30-da axşam saat 21:00-da ailəsi ilə əlaqə saxlayıb, oğlu ilə danışıb. Saat 22:00-da artıq ölü tapılıb.

Otel işçiləri Konstantini bir gün əvvəl fahişə ilə birlikdə gördüklərini deyiblər. Ehtimal olunur ki, qadın əvvəlcə ona öldürücü dozada trankvilizator verib, sonra onu qarət edib və qaçıb.

Qeyd edilir ki, Konstantinin ilk evliliyindən 7 və 14 yaşlarında iki övladı qalıb.

Seçilən
1
3
hakimiyyet.az

4Mənbələr