AZ

Rus qızlarının gözəllik sirri

Rus qadınları dedikdə ağlımıza canlı, ağ və hamar dəri gəlir. C vitamini ilə zəngin meyvələrdən istifadə edən rus qadınları kollagen istehsalını artıraraq daha gənc görünüş əldə edirlər. Üzlərinə tətbiq etdikləri təbii üsul onların çini kimi dəriyə sahib olmasını təmin edir. 

Ucnoqta.az xəbər verir ki, rus qadınları ölkədə hökm sürən iqlimə görə tez-tez nəmləndirici məhsullardan istifadə edirlər. Bu mövzuda ilk ağla qaymaq gəlsə də, həqiqət başqadır. Rusiyada nəmləndirici təsiri olan qidalar da tez-tez istehlak olunur.

C vitamini ilə zəngin olan meyvələr dəridə kollagen istehsalını artırır. Bu yolla daha gənc və canlı bir görünüş əldə edirlər.

Ruslar dəriyə qulluqda arqan və itburnu kimi təbii yağlardan da istifadə edirlər. Bu yağlar dərini nəmləndirməklə yanaşı, həm də ləkələri açmağa kömək edir.
İstifadə etdikləri qidalara da diqqət yetirən rusların vazkeçilməzlərindən biri də omeqa-3 ehtiva edən qidalardır. Rus qadınları dəri baryerini gücləndirmək üçün tez-tez balıq yeyirlər.

Bal həm süfrə, həm də dəriyə qulluq üçün vacib tərkib hissəsidir. Onlar inanırlar ki, bal dərini təmizləyir və cavanlaşdırır. Yeməklərinə qatıq da daxil edirlər. Çünki qatıq tərkibindəki laktik turşu sayəsində ölü hüceyrələri çıxarmağa kömək edir.

Ruslar üçün müntəzəm və keyfiyyətli yuxu rejimi də vacibdir. Bir çox insan stresdən azad olmaq üçün meditasiya edir.

Seçilən
6
ucnoqta.az

1Mənbələr