AZ

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası İlon Maskı məhkəməyə verib

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yeni "X" adlı sosial media şirkəti Twitter-in səhmlərinin alınması ilə bağlı lazımi bildirişləri vaxtında vermədiyi və beləliklə də aşağı qiymətlərlə səhmləri almağa davam edə bildiyi üçün İlon Maskı məhkəməyə verib.

SEC-in Vaşinqtonda açdığı iddiada Maskın 2022-ci ilin mart ayında Twitter səhmlərinin 5 faizindən çoxunu satın aldığını izah edərək hesabatı Komissiyaya vaxtında təqdim etməməklə federal qiymətli kağızlar qanunlarını pozduğu iddia edilib.

"Operativ Media" xəbər verir ki, Maskın səhmləri aşağı qiymətlərlə almağa davam edə bildiyini bildirən iş sənədində bu vəziyyətin Maska ən azı 150 milyon dolları az ödəməyə imkan verdiyi iddia edilib.

Sənəddə xatırladılıb ki, Mask 2022-ci ilin əvvəlində əhəmiyyətli miqdarda Twitter səhmlərini almağa başlayıb və 14 mart 2022-ci ilə qədər o, şirkətin dövriyyədə olan səhmlərinin 5 faizindən çoxuna sahib olub.

Faylda qeyd edilir ki, müvafiq qanunlara əsasən, 5 faizlik həddi keçdikdən sonra on təqvim günü ərzində SEC-i xəbərdar etmək məcburidir və Mask bunu etməyib.

Sənəddə qeyd edilib ki, bu müddət bitdikdən 11 gün sonra, 4 aprel 2022-ci ildə Mask SEC-ə verdiyi hesabatda Twitter səhmlərinin 9 faizindən çoxunu aldığını açıqlayıb və həmin gün Twitter-in səhm qiyməti 27 faizdən çox artıb.

İddiada Maskın bildirişi gecikdirdiyi müddətdə investorların Twitter səhmlərini süni şəkildə aşağı qiymətə satdığı və əhəmiyyətli iqtisadi itkilərə məruz qaldığı bildirilib.

İddia ərizəsində SEC məhkəmədən Maskdan cərimə ödəməsini və səhm alışından əldə etdiyi qanunsuz qazancları geri qaytarmağı tələb edib.

 

Seçilən
12
2
operativmedia.az

5Mənbələr