AZ

Uolts: Trampın komandası “İbrahim sazişi”nin növbəti mərhələsi üzərində işləyir...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası “İbrahim sazişi”nin növbəti mərhələsini hazırlamaqla Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq üçün çalışır...

Poliqon xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı bildirib.

Uoltsun sözlərinə görə, Trampın Yaxın Şərqdəki gələcək nümayəndəsi Stiven Uitkoff ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk ilə daimi əlaqə saxlayır. Hər iki məmur regiondakı vəziyyət barədə Uolts və prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana, eləcə də hazırkı və seçilmiş liderlərə hesabat verir.

Uolts vurğulayıb ki, hər iki prezident administrasiyasının Yaxın Şərqdə ümumi missiyası var, o da “İbrahim razılaşması”nın növbəti mərhələsi də daxil olmaqla, regionu sabitlik yoluna qaytarmaqdır.

Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə dörd ərəb ölkəsi arasında “İbrahim Sazişləri” kimi tanınan münasibətlərin tam normallaşmasına dair sazişlər bağlanıb.

2023-cü ilin martında bildirildi ki, İsrail daha dörd müsəlman ölkəsi ilə münasibətləri normallaşdırmağa çalışır.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr