AZ

Cənubi Koreya prezidenti həbs edildi

Cənubi Koreya prezidenti Yun Sok-yolu həbs edilib.

Söz.az "chosun.com"-a istinadən xəbər verir ki, prokurorlar və polislər prezident Yun Sok-yol-un həbsinə dair orderi səhər saat 10:33-də icra etdiklərini açıqlayıblar.

Qeyd edək ki, yanvarın 3-də ölkə prezidentinin həbsinə ilk cəhd uğursuzluqla başa çatıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yun-un iqamətgahına daxil ola bilməyiblər, onlar hərbçilərin və Prezident Təhlükəsizlik Xidmətinin müqaviməti ilə üzləşiblər. 

Yanvarın 7-də məhkəmə birinci həbs orderinin müddəti bitdiyi üçün yeni qərar çıxarıb.

Xatırladaq ki, 3 dekabr 2024-cü ildə Yun Sok-yol Cənubi Koreyada siyasi rəqiblərlə mübarizə aparmaq üçün hərbi vəziyyət tətbiq etməyə cəhd edib. Dekabrın 14-də Cənubi Koreya parlamentariləri dövlət başçısının impiçmentini dəstəkləyiblər.


Seçilən
3
soz.az

1Mənbələr