AZ

Çin maşınları ilə bağlı əsas problem nədir? - AÇIQLAMA

Bakı. Trend:

Elektromobillər, hibrid, "plug-in" hibrid kimi avtomobillərartıq bir neçə ildir ki, Azərbaycanda da satış bazarına daxil olabilib. Lakin araşdırmalardan məlum olur ki, xüsusən Çin istehsalıolan markaların çoxunun Azərbaycanda ya servisi yoxdur, ya datexniki xidmət kimi bir vəzifəni icra edə bilmir, yəni defektyarandıqda problemin həlli uzun vaxt alır.

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Avtomobil DilerləriAssosiasiyasının icraçı direktoru Eyyub Əliyevbildirib ki, Azərbaycanda 20-dən çox Çin avtomobilinin rəsmiidxalçısı, yəni rəsmi distribüteri var.

"Rəsmi idxalçılar avtomobil satışını həyata keçirərkən satışsonrası xidmət departamentində qurumlar təşkil edirlər. Bu satışsonrası xidmət departamentinə avtomobilin servisi, avtomobillərinehtiyat hissələri anbarı, zəmanət məsələləri daxildir.

Sözsüz ki, ilk dönəmlərdə şirkətlər qurulanda hansısaproblemlər, çatışmazlıqlar olur və zaman-zaman bunlar aradanqaldırılır. İndi mən rahatlıqla deyə bilərəm ki, əvvəlki illərənisbətən ölkəmizdə həmin ehtiyat hissələrin çatışmazlığı və yaxudda az olmaq məsələləri 80% aradan qalxıb", - deyə o əlavə edib.

O qeyd edib ki, artıq bu məsələlər həllini tapmağa doğrugedir:

"Demək olar ki, bu məsələlərin böyük faizi həllini tapıb. Sözsüzki, iş olan yerdə həmişə nöqsanlar, çatışmazlıqlar var, amma bəzənolur, kiçik bir nöqsanı müəyyən insanlar şişirdir,sosiallaşdırırlar. Burada hansı məqsədlər, məramlar var, butərəfinə toxunmaq istəməzdim. Amma onu qeyd etmək istəyirəm ki,artıq Çin avtomobilləri servislərində, rəsmi idxalçı zavodlardakurs, təlimlər keçmiş ustalar formalaşıb, servislərdə satış sonrasıüçün tələb olunan, ehtiyat hissələri anbarının formalaşması üzrəmütəxəssislər var. Bu işlər artıq müsbətə doğru gedir. Ümid edirəmki, nöqsanlar da yaxın zamanda Çin brendləri tərəfindən aradanqaldırılar".

Nəqliyyat məsələləri üzrə ekspert ElməddinMuradlı isə məsələ ilə bağlı Trend-ə bildirib ki, buproblemlər artıq özünü qabarıq şəkildə göstərməkdədir:

“İllərdir Azərbaycana gətirilən Çin avtomobilləri bir yana, yenibrendlər ortaya çıxıb və demək olar ki, ildə bir neçəsini dəAzərbaycanda görürük. Çin brendi haqqında təqdimatlar olur, yüksəkzəmanət, peşəkarlıq və s. məsələlərdən danışılır.

Ancaq oxuyuruq ki, 5-6 ay istismar olunmuş nəqliyyat vasitəsisıradan çıxıb, nəsə problem yaranıb və servis onu aradan qaldırabilmir. Bu, sözsüz ki, hamısına aid deyil. Çin maşınlarının birçoxu artıq oturuşmuş bir diler kimi fəaliyyət göstərir. Servistəminatı, zəmanəti öz qaydasındadır. Ola bilsin ki, bəziləriişlərini qeyri-peşəkar görür, reklamla nəyəsə nail olacağınıdüşünür. Reklam yaxşı şeydir, amma nəzərə almaq lazımdır ki, servistəminatı, müştəri məmnuniyyəti ondan da vacibdir”.

Ekspertin fikrincə, bu problemlər qısa müddətdən sonra aradanqalxmayacaq.

“Bu, illərlə belə davam edəcək. Çünki istənilən yenilikhəyatımıza daxil olanda müxtəlif problemlər də müşahidə olunabilər. Yaxşı olar ki, dilerlər avtomobil tədarükü həyata keçirərkənehtiyat hissələrinin, servis təminatının həlli barədə ciddidüşünsünlər. Çinin elə maşınları var ki, bəzi dilerlər onun ilksınağını Azərbaycanda keçirirlər.

İlk mənbə kimi Azərbaycanı seçirlər və bu, düzgün deyil. Bu cüryanaşma olmaz, insanlar bundan əziyyət çəkir. İnsanlar həmişəçalışır ki, yeni avtomobil alsın. Yeni avtomobil alanda bizimənənəvi öyrəşdiyimiz modellərə imkan çatmayanda daha ucuz və bir azkonfortlu olan Çin maşınlarına üz tuturlar. Xüsusilə bunlarınarasında hibrid, "plug-in", eyni zamanda, elektrikli avtomobillərdaha çoxdur. Dünya trendinə çevrilən elektrikli avtomobillərə dəAzərbaycanda böyük maraq var”, - deyə o əlavə edib.

Seçilən
2
1
az.trend.az

2Mənbələr