AZ

Tusk Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını mübahisəli adlandırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ərazisi ilə bağlı açıqlamaları mübahisəli və narahatedicidir. Bunu Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə açıqlamasında deyib.

Tusk bir jurnalistin Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını şərh etmək istəyinə “Bütün bunlar bir qədər narahatedici və mübahisəlidir” deyə cavab verib. “Eyni zamanda, bütün həmsöhbətlərim Polşanın Avropa ilə ABŞ arasında münasibətlərin yüksək olması ilə bağlı mövqeyi ilə razılaşdılar”, o əlavə edib.

Yanvarın 7-də Tramp bildirib ki, milli təhlükəsizlik baxımından Qrenlandiya Birləşmiş Ştatların bir hissəsi olmalıdır. Hələ 2019-cu ildə, prezident kimi ilk müddətində o, ABŞ-ın Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqları olan Qrenlandiyanı ala biləcəyini söylədi. O vaxt olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd elan etdi.

Oxuməni.az

Seçilən
2
oxumeni.az

1Mənbələr