AZ

Tramp Tayvana silah satışını sürətləndirə bilər

Trampın müşaviri Mayk Uolts: ABŞ Tayvana silah satışını sürətləndirəcək...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Tayvana silah satışını sürətləndirə bilər.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts Vaşinqton Sülh İnstitutunda çıxışı zamanı deyib.

“Bizim onlarla 20 milyard dollardan çox yerinə yetirilməmiş müqavilələrimiz var və onlar artıq bu vəsaiti ödəyiblər” deyə Uolts bildirib.

ABŞ-ın məqsədi Tayvanı “kirpi”yə çevirməkdir ki, Pekini adanı geri qaytarmaq ideyasından imtina etsin. Uolts qeyd edib ki, Pekin adaya hücum edərsə, Tayvan materik Çinə böyük itkilər verəcək silahlara sahib olmalıdır.

Uolts vurğulayıb ki, bu baxımdan Trampın Vaşinqtonun Asiya-Sakit okean regionunda müttəfiqliklərini daha da gücləndirmək niyyətindədir.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr