AZ

Çində naməlum növə aid nəhəng dinozavr kəlləsi nümayiş etdirildi

Çin Elmlər Akademiyasının Onurğalı Heyvanların Paleontologiyasıİnstitutunun alimləri naməlum növdən olan dinozavrlara aid nəhəng kəllə aşkar ediblər. Tapıntı Çinin cənubundakı Yunnan əyalətindəki Lufeng Milli Geoparkında aparılan qazıntılar zamanı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, tədqiqat "PeerJ" elmi jurnalında dərc olunub.

"Lishulong wangi" adlı növ sauropodomorf kimi təsnif edilib. Buraya sauropodlar, o cümlədən nəhəng ot yeyənlər "Brontosaurus" və "Diplodocus" eləcə də onların əcdadları daxildir.

Kəşf müəllifləri hesab edirlər ki, bu dinozavrların uzunluğu 10 metrdən çox olub.


Müəllif: Arzu
Seçilən
6
teleqraf.com

1Mənbələr