AZ

FT: Tramp artıq Ukraynadakı münaqişəni 24 saat ərzində bitirəcəyini vəd etmir...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək planlarından bəhs etmir...

Poliqon xəbər verir ki, İngiltərənin Financial Times qəzeti buna diqqət çəkib.

Nəşrin mənbələrindən biri bunu Respublikaçı keçid komandasının “sözün əsl mənasında güc ideyasına aludə olması və güclü görünmək istəməsi” ilə əlaqələndirib və buna görə də Trampın komandası Ukrayna münaqişəsinə yanaşmasını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb.

Məqalədə qeyd olunur ki, indi, xüsusən də Tramp Kiyevə ilk növbədə avropalı müttəfiqləri vasitəsilə dəstəyi davam etdirməyi müzakirə edir.

Bundan əvvəl ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq demişdi ki, Amerikanın seçilmiş prezidenti mümkün qədər tez sülh bərqərar etməyə çalışsa da, nizamlanma məsələsində Moskvaya güzəştə getmək niyyətində deyil, çünki Tramp Ukraynanı və onun suverenliyini xilas etmək istəyir.

Dünən, yanvarın 14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Tramp NATO-nun alyansı şərqə doğru genişləndirməməsi ilə bağlı yalanını etiraf edən ilk Qərb siyasətçisidir.

Xatırladaq ki, bir həftə əvvəl respublikaçı Ukraynanın Şimali Atlantika Alyansına daxil olmasına qarşı çıxmaqda Rusiyanın hisslərini başa düşdüyünü söyləyib.

Poliqon.info

Seçilən
6
1
poliqon.info

2Mənbələr