Müəllif: Tamara Mustafayeva, Banco.az
“UBS”in məlumatına görə, qızıl bu il yeni rekord qıracaq.
Banco.az xəbər verir ki, “UBS Group AG” analitiklərinin yayımladığı hesabatda qeyd olunub ki, qızılın kommersiya fəaliyyətinə dair qeyri-müəyyənliklər və geosiyasi risklər kimi amillərin təsiri altında etibarlı sığınacaq kimi alınacağı və bu alımların qiymətləri yeni rekord səviyyələrə çatdıracağı proqnozlaşdırılır.
Qeyd edək ki, qızıl qiymətləri 2024-cü ili 27 faiz artımla başa vurduqdan sonra bu ilə də yuxarı istiqamətli bir trendlə başlayıb və hazırda 2670 dollar ətrafında ticarət edilir.
“UBS”ə görə, daha güclü dollar və artan ABŞ istiqrazlarının faiz dərəcələri ilin ilk yarısında qızıla qarşı çətinliklər yaratsa da, bu vəziyyət etibarlı sığınacaq olaraq külçəyə olan tələblə əvəzlənəcək və ilin sonuna qədər qiymətləri 2850 dollara yüksəldəcək.