AZ

Bu gün Gürcüstanda ümumölkə tətilidir- iş daynacaq: Tiflisdəki etiraz yürüşündə çağırış...

Dünən axşam saatlarında Tiflisdə xalqı yanvarın 15-də Gürcüstanda keçiriləcək ümumölkə tətilinə, yəni hazırkı İvanişvili rejiminə etiraz olaraq bütün idarə və müəssisələrin işini dayandırmasına qoşulmağa çağıran etiraz yürüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, bu haqda "Qruziya onlayn" nəşri məlumat yayıb.
 
Tələblər yenə də eynidir: siyasi məhbusların azad edilməsi və yeni seçkilərin təyin edilməsi.
 
Etirazçılar “Hər yerdə polisdir- heç yerdə ədalətli mühakimə yoxdur” şüarları səsləndirir.
 
Xatırladılıb ki, sabah(bu gün-S.L.) saat 15:00-a genişmiqyaslı ümumölkə tətili elan olunub. Təşkilatçılar bildiriblər:
 
3 saat qapıları müvəqqəti bağlayacağıq və bayırda qalacağıq. Tətilimizlə  Gürcüstanın təcrid olunmuş vəziyyətində bizi nələrin gözlədiyini göstərəcəyik:
 
• durğun iqtisadiyyat;
• qapalı biznes;
• yoxsulluq və işsizlik...
 
S.Laçın
Seçilən
9
moderator.az

1Mənbələr