“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, adını və təşkilati-hüquqi forması dəyişərək “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti çevrildiyini elan edir.
Qeyd edək ki, “Sutikinti” Müəssisəsi “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirir. Müəssisə həmçinin elmin və texnikanın yeni nailiyyətlərindən istifadə, tikinti işlərinin kompleks mexanikləşdirilməsi, istehsalat və tikinti texnologiyasının yaxşılaşdırılması, yeni texnikanın, mütərəqqi material və konstruksiya növlərinin tətbiqi digər texniki-təşkilati işlərlə məşğuldur.
Əvvəllər “Sutikinti” Tresti, “Sutikinti” Birliyi adı altında fəaliyyət göstərən təşkilat 2003-cü ildən “Sutikinti” Müəssisəsinə çevrilmişdir. 2011-ci ilin may ayına qədər müstəqil hüquqi şəxs olmuş “Babək” İdman-Sağlamlıq Mərkəzi, Təmir-tikinti İdarəsi, "Sutikinti” Müəssisəsinin tabeliyinə verilmişdir.