AZ

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

İsrail

İsrail və HAMAS arasında Qətərdə keçirilən danışıqlarda Qəzza sektoru ilə bağlı prinsipial razılıq əldə edilib. "Ulusum" az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ərəb rəsmilərinə istinadən məlumat yayıb."İsrail və HAMAS bazar ertəsi axşamı girovların azad olunması ilə bağlı razılığa gəliblər", - deyə qəzet yazır.Mənbələrin fikrincə, bu razılaşma çərşənbə və ya cümə axşamı günü elan ediləcək və ABŞ, Qətər və Misirin birgə bəyanatı olacaq. Bu ölkələr İsrail və HAMAS arasındakı danışıqlarda vasitəçi qismində iştirak ediblər.Nümayəndə heyətləri Dohada razılaşmanın təfərrüatlarını müzakirə etməkdə davam edirlər. Hələ həll edilməli olan əsas məsələlərdən biri İsrail ordusunun Qəzzadan çıxarılması parametrləridir. Vasitəçilər İsraildən ordunun çıxarılacağı zonaları göstərən xəritə gözləyirlər.Məlumata görə, ABŞ-ın yeni administrasiyasının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi olacaq Stiv Uitkoff şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirilən gərgin görüşdə baş nazirə təzyiq göstərərək razılığa nail olmaq üçün kompromislər etməyə razı salıb.Bir ərəb rəsmisi "The Times of Israel" qəzetinə bildirib ki, Uitkoff bir görüşdə Netanyahunu Bayden administrasiyasının son bir ildə əldə etdiyindən daha çox güzəştə getməyə vadar edə bilib.Səidə Mustafa

Diqqət Çəkənlər

Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib

Qorxu filmi səhnəsi kimi: Bu görüntü Kayseridə çəkilib

Yaşlanma prosesini yavaşlatmaq üçün - ən faydalı yağlar

Seçilən
5
ulusum.az

1Mənbələr