AZ

Blinken açıqladı: Ermənistan sərhədini amerikalılar qoruyacaq

"Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində deyib.

“Qısa müddət ərzində biz gözəl tərəfdaşlıq fonunda çox böyük effektiv iş gördük. Beləliklə, Ermənistan və ABŞ arasında münasibətlərdə biz mühüm nailiyyəti qeyd edə bilərik – biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, - ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək. Bura müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya və ədalət, inklüzivlik və özəl münasibətlər daxildir.

Entoni Blinken Ermənistan-Amerika əməkdaşlığını iqtisadi və enerji sahələrində də şərh edib:

"Hazırda biz dinc nüvə təhlükəsizliyi və nüvə enerjisi sahəsində danışıqlar aparırıq".

Xəzər

"Cebheinfo.az"

Seçilən
5
1
cebheinfo.az

3Mənbələr