AZ

Cənubi Koreya prezidenti həbs edildi

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə həbs ediblər.

"Unikal" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Yolun vəkilləri prezidentin “könüllü olaraq dindirilməyə gələcəyini” deyərək, müstəntiqlərin həbs qərarını icra etməsinə mane olmağa çalışıblar.

“Polis onu saxlamaq üçün prezidentin rəsmi ofisinə daxil olmağa çalışıb, bu zaman Yun Sok Yolun təhlükəsizlik xidməti ilə qarşıdurma yaranıb”,  - agentlik qeyd edib. 

Bundan əlavə agentlik qeyd edib ki, Cənubi Koreya prezidenti Yun Sok Yol haqqında həbs qərarı icra olunub. 

Gülayə Mecid 

 

Seçilən
3
1
unikal.az

2Mənbələr