Məşhur bloqer "MrBeast" (James Donaldson) "TikTok" platformasını Amerika Birləşmiş Ştatlarında bloklanmadan xilas etmək üçün almağı planlaşdırır.
Publika.az xəbər verir ki, o bu barədə sosial media səhifəsində açıqlama verib.
“Yaxşı, tamam, mən "TikTok"u alacağam ki, o, ABŞ-da qadağan olunmasın”, - amerikalı bloqer sosial şəbəkələrdə qeyd edib.
Bu açıqlamadan sonra "MrBeast"ə bir neçə milyarder yaxınlaşıb və ona Çin platformasını almaq üçün sövdələşməni yekunlaşdırmağa kömək etməyi təklif ediblər.