İtaliya A Seriyasının 19-cu turundan təxirə salınan matçda - "Komo" ilə səfər oyununda 2:1 hesablı qələbə qazanan "Milan"ın müdafiəçisi Teo Ernandes unikal nəticəyə imza atıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, səfər qarşılaşmasında rəqib qapısına yol tapan Teo İtaliya nəhənginin forması ilə çempionatda 30-cu qolunu vurub.
Beləliklə, o, əfsanəvi Paolo Maldinini geridə qoyaraq "Milan"ın heyətində A Seriyasında ən çox qol vuran müdafiəçi ünvanına sahib çıxıb.
Qeyd edək ki, Ernandes 2019-cu ildən Milan təmsilçisinin uğurları üçün çalışır. O vaxtdan bəri A Seriyasında 178 matça çıxan fransalı 30 yol vurmaqla yanaşı, 26 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat