AZ

ABŞ Energetika Nazirliyi 2026-cı ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Bakı. Trend:

2026-cı ildə Azərbaycanın neft hasilatının sutkada 0,62 milyonbarrelə çatacağı gözlənilir.

Trend-inməlumatına görə, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA)2025-ci il üçün proqnozunu sutkada 0,63 milyon barrel səviyyəsindəsaxlayıb.

EIA-nın proqnozlarına görə, Azərbaycanda neft hasilatı 2025-ciilin birinci rübündə gündəlik orta hesabla 0,61 milyon barrel,ikinci rübdə isə gündəlik 0,62 milyon barel olacaq. Üçüncü vədördüncü rüblərdə isə gündəlik 0,64 milyon barrelə qədər daha daartım gözlənilir.

2026-cı ildə hasilat birinci rübdə sutkada 0,63 milyon barrelolacaq, ikinci rübdə isə gündəlik 0,62 milyon barrelə qədərazalacaq. Gələcəkdə üçüncü və dördüncü rüblərdə hasilatın gündəlik0,61 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.

2024-cü ildə Azərbaycanın orta neft hasilatı sutkada 0,60 milyonbarrel olacaq ki, bu da 2023-cü ildəki gündəlik 0,63 milyon barrelsəviyyəsindən bir qədər aşağı olacaq.

Qeyd edək ki, bu ilin on bir ayında Azərbaycanın neft hasilatı26,5 milyon ton, ixrac isə 22,2 milyon ton təşkil edib.

Seçilən
5
az.trend.az

1Mənbələr