AZ

Gürcüstanın sabiq baş nazirinə hücum olub

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.

Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.

Seçilən
1
8
missiya.az

10Mənbələr