Rusiyanın Ukraynaya qarşı müharibədə strateji hədəfləri iflasa uğrayıb. Bununla belə, ədalətli və davamlı bir dünyaya necə nail olmağı düşünməyə dəyər.
Axar.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Çox adam deyir ki, hey, Rusiya bu müharibədə yaxşı iş görür. Lakin mahiyyət etibarı ilə Rusiyanın bu müharibədəki strateji məqsədləri iflasa uğradı. Kiyevi ala bilmədilər. Onlar Ukraynanı məhv edə bilmədilər. Onlar NATO-nu parçalaya bilmədilər”, - Sallivan söyləyib.
Sallivan qeyd edib ki, Ukrayna üçün ədalətli sülhə nail olmaq imkanı var.
Onun sözlərinə görə, ABŞ danışıqlar masası arxasında yaxşı razılaşma əldə etmək üçün Kiyevə lazım olan təsir rıçaqlarını təmin etməyə davam etməlidir.