AZ

SEC Maska qarşı iddia qaldırıb - 150 milyonliuq iddianın detalları

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) İlon Maska qarşı iddia qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onun sonradan adını "X" olaraq dəyişdirdiyi "Twitter" ən yeni sosial media şirkətinin səhmlərinin satın alınması ilə bağlı vaxtında SES-i məlumatlandırmaması olub.

Məlumata əsasən, SEC Vaşinqtonda qaldırdığı iddiada Maskın 2022-ci ilin mart ayında "Twitter"in səhmlərinin 5%-dən çoxunu qanunsuz alıb: "O, hesabatı Komissiyaya vaxtında təqdim etməməklə federal qiymətli kağızlar qanunlarını pozub. Bununla o, həm də səhmləri aşağı qiymətlərlə almağa nail olub. Nəticə etibar ilə bu, ona səhmləri ən azı 150 milyon dollar ucuz almağa zəmin yaradıb. Halbuki, müvafiq qanunlara əsasən, 5 faizdən artıq səhm alışında on təqvim günü ərzində SEC mütləq məlumatlandırılmalıdır. Maskın belə bir öhdəliyi olub, lakin o, bunu məqsədli etməyib".

Samir Musayev
MİA.AZ

Seçilən
4
mia.az

1Mənbələr