Hurriyyet.az xəbər verir ki, Koreya Respublikasının tarixində ilk dəfə Prezident həbs edilib.
Bu barədə "Ryonhap" agentliyi məlumat verib.
Koreyanın Korrupsiya İstintaqı İdarəsindən olan (CIO) 40 nəfər müstəntiq ilə 200 nəfər polis bu gün səhər saatlarında Prezident Yun Sok Yolun həbsi barəsində hökmü yerinə yetirmək üçün onun iqamətgahına gediblər və növbəti dəfə Prezidentin təhlükəsizlik xidmət ilə toqquşublar.
Prezident kompleksinin ərazisinə gəlmək üçün onlar üç sıra əngəli aşmalı olublar. Dövlət başçısının mühafizəsinin qarşısında avtomobil və avtobuslardan ibarət xətt çəkilib.
Müstəntiqlərlə polislər təqribən iki saat yarımdan sonra pilləkənlərdən istifadə edərək binaya daxil ola biliblər.
Dövlət başçısı 2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etdikdən sonra, 2024-cü il dekabrın 14-də Cənubi Koreya parlamenti Prezident Yun Sok Yolun impiçmentini elan etmişdi. CIO Prezidenti səlahiyyətlərini aşmaqda və qiyam qaldırmaqda ittiham edərək onun həbs etməsini qərara almışdı. Yanvarın 3-də Prezidentin mühafizəsi onun həbs edilməsinə imkan verməmişdi.
Hürr Tərcüman