İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Londona dünənki rəsmi səfərində İngiltərə ilə strateji tərəfdaşlıq və təhlükəsizlik müqaviləsi imzalayacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, əl-Sudani Bağdaddan Londona gedərkən deyib ki, səfərin vaxtı “İraq və Böyük Britaniya arasındakı münasibətlərin gedişatı baxımından və ya daha çox məsləhətləşmə tələb edən hadisələrin inkişafı nəticəsində tamamilə vacibdir".
Ötən il İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı fəaliyyətini 2026-cı ildə başa çatdıracağını elan etdikdən sonra o, İngiltərə ilə İraq arasında təhlükəsizlik sazişinin ikitərəfli hərbi əlaqələri yaxşılaşdıracağını bildirib.
“Bu, İraqın Londonla əlaqələrinin ən mühüm mərhələlərindən biridir. Bunu yeni dövrün başlanğıcı kimi təsvir edə bilərəm”, - əl-Sudani deyib.
Məlumat üçün deyək ki, İraq 2003-cü ildə ABŞ-la strateji tərəfdaşlıq sazişi imzalamışdı və bu, ABŞ-ın İraqa müdaxiləsindən sonra qurulan və İngiltərənin də iştirak etdiyi hərbi əlaqələrdən kənarda əlaqələri genişləndirməyi hədəfləmişdi.